Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / “Plyonka ovu” başladı: 76 sürücü 150 manat cərimələndi

“Plyonka ovu” başladı: 76 sürücü 150 manat cərimələndi

“Ötən gün və bu gün ərzində Bakı şəhəri üzrə pərdə və jalüzlərdən istifadəyə görə 76 sürücüyə inzibati protokol tərtib edilib”.
Bu barədə Xezerxeber.com-a açıqlamasında Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
DYP rəsmisinin sözlərinə görə, “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin tələblərinə əsaslanaraq, görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan, sənaye üsulu ilə hazırlanan plyonka, pərdə və jalüzlərin quraşdırılaraq avtomobillərin istifadəsi faktlarına görə inzibati məsuliyyət tətbiq olunur: “Bununla əlaqədar bir neçə gün öncədən KİV vasitəsi ilə məlumat yayılıb və sürücülərə xəbərdarlıq olunub. Qanunun tələbinə əməl etməyən sürcülər 150 manat cərimələnəcək. Təbliğatın zamanında aparılmasının nəticəsidir ki, ötən il ilə müqayisədə cərimə olunan sürücülərin sayında xeyli azalma müşahidə olunur”.
Qeyd edək ki, noyabrın 15-dən etibarən avtomobillərdə pərdə və plyonkalardan istifa etmək rəsmən qadağandır.

Həmçinin oxuyun

İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib. …

Bir cavab yazın