Bazar ertəsi , May 20 2024
Ana səhifə / Media / Məşhur müğənni jurnalistləri döydü – Video

Məşhur müğənni jurnalistləri döydü – Video

“Ela” mahnısı ilə populyarlaşan Türkiyənin sosial şəbəkə fenomeni Reynmen jurnalistlərə hücum edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı sevgilisini görüntüləmək istəyən media nümayəndələrinə qarşı kobud davranıb.

O, “Show” TV-nin müxbiri Akif Yamana qışqırıb, daha sonra “Uçankuş” TV-nin müxbirinin əlindən zorla telefonunu alıb, çəkdiyi görüntüləri silməyə başlayıb. 

İfaçı daha sonra A.Yamana hücum edərək ona sillə vurub. Jurnalistlər Reynmen ilə bağlı polisə şikayət ərizəsi yazıblar.

Reynmen polis tərəfindən saxlanılıb. O, ifadə verdikdən sonra sərbəst buraxılıb. 


Həmçinin oxuyun

“Rauf Arifoğlu haqda “dost” ifadəsinə ehtiyatla yanaşardım, Rəşad Məcid isə…” – Arif Əliyevlə

Bakı Mətbuat Klubunun prezidenti, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bakupost.az -a geniş videomüsahibə verib. O, …