Ana səhifə / İdman / UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

Avropa futbol qurumunun mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin iyulun 31-də “Dalğa Arena”da Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Dandolk”unu 3:0 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərdir.

Qurum qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə “Qarabağ”a 20 min avro (38 min manat) məbləğində cərimə kəsib.

“Report” xatırladır ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən “Qarabağ” çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu Şimali İrlandiyada baş tutan ilk pley-off matçında “Linfild”ə 2:3 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …