Çərşənbə axşamı , May 21 2024
Ana səhifə / Cəmiyyət / Dünən qəzaya düşən çempionumuz vəfat etdi

Dünən qəzaya düşən çempionumuz vəfat etdi

Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Fərhad Poladov dünyasını dəyişib. 

Belə ki, 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladov vəfat edib.

O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında “Niva” markalı avtomobili ilə qəzaya düşmüşdü.

Ağır xəsarət alan idmançı Sabunçu xəstəxanasına yerləşdirilmişdi.

Allah rəhmət eləsin.Musavat.com

Həmçinin oxuyun

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

“Milli” statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur. Bununla …