Çərşənbə , May 15 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda 1173 yeni iş yeri açılıb

Naxçıvanda 1173 yeni iş yeri açılıb

Bu ilin birinci yarısında muxtar respublikada 1173 yeni iş yeri açılıb ki, bunun da 99 faizi daimi iş yerləridir.

Azinforum.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov deyib. 

Komitə sədri bildirib ki, muxtar respublikada 219 milyon 443 min dollar dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. 

“İxracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 191 milyon 612 min dollar təşkil edib, 164 milyon dollara yaxın müsbət saldo yaranıb”. 

Həmçinin oxuyun

Yağış 6 il əvvəl 17 milyona tikilən yolu yararsız hala saldı – Fotolar

Lahıc-Dəmirçi avtomobil yolu güclü yağış nəticəsində yararsız vəziyyətə düşüb.Bir neçə gündür yağan yağışlar nəticəsində yolun …