Çərşənbə , May 15 2024
Ana səhifə / Kriminal / Baş həkim: “İlk dəfədir belə hadisə ilə qarşılaşırdıq, it qadının qulağını qoparmışdı”

Baş həkim: “İlk dəfədir belə hadisə ilə qarşılaşırdıq, it qadının qulağını qoparmışdı”

Zaqatalada öz həyətində saxladığı itin hücumuna məruz qalmış 81 yaşlı Pirdas İsrafilovanın vəziyyəti yaxşılaşıb, həyati təhlükəsi yoxdur.

Bunu virtualaz.org-a Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev bildirib. M.Əliyev deyib ki, it qadının sol qulağını qoparıb. Yaralıya quduzluq əleyhinə peyvənd olunub.

“İt dişləməsi ilə bağlı müraciətlər daxil olur, amma ilk dəfə idi ki, belə hadisə ilə rastlaşırdıq. İt qadının sol qulağını tamamilə qoparmışdı”, – baş həkim əlavə edib.

Hadisə iyunun 22-də baş verib. P.İsrafilova səhər həyətindəki heyvanları yemləyirmiş, bu zaman it hücum edib onun qulağını dişləyib.

Həmçinin oxuyun

430 minlik dələduzluqda ittiham olunan “MİDA işçisi”nin məhkəməsi başlayır

Güzəştli mənzil almaq adı ilə çoxsaylı vətəndaşın pulunu ələ keçirən Əzizov Mirdaməd Əziz oğlunun qanunsuz …