Ana səhifə / Kriminal / Bakıda xəstəxanada əri tərəfindən bıçaqlanan tibb bacısı öldü – YENİLƏNİB

Bakıda xəstəxanada əri tərəfindən bıçaqlanan tibb bacısı öldü – YENİLƏNİB

Bakıda ər arvadının boğazını kəsib. 

Unikal.org  xəbər verir ki, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib.

Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Xəstəxanadan  yaralının vəziyyətinin ağır olduğu bildirilib.  

Faktla bağlı araşdırma aparılır. 

10:32 əvvəl

***

12:16

M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində əri tərəfindən bıçaqlanan 1978-ci il təvəllüdlü Xavər İbrahimova həkimlərin səyinə baxmayaraq dünyasın dəyişib.

Unikal.org-un məlumatına görə, Xavər İbrahimova 1998-ci ildən Mərkəzin qəbul şöbəsində çalışırmış. Cütlüyün övladı olmayıb. Əri 1980-ci il təvəllüdlü Faiq İbrahimov əsəb xəstəsi imiş. 

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …