Bazar ertəsi , May 20 2024
Ana səhifə / Dünya / Zelenski 80 yaşlı Leonid Kuçmaya vəzifə verdi

Zelenski 80 yaşlı Leonid Kuçmaya vəzifə verdi

Prezident Vladimir Zelenski xələfi Leonid Kuçmanı Donbas münaqişəsinin nizamlanması üzrə üçtərəfli əlaqə qrupunda Ukraynanın nümayəndəsi təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski Kuçma ilə birgə keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, ölkənin ikinci prezidenti Kuçmanın rəhbərlik edəcəyi əlaqə qrupu iyunun 5-də Minskdə növbəti iclasa qatılacaq.

Qeyd edək ki, 80 yaşlı L. Kuçma bundan öncə də 2018-ci ilin sentyabrına qədər Donbas münaqişəsinin nizamlanması üzrə üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyətinə rəhbərlik edib.

Həmçinin oxuyun

Rəisinin helikopterinin dəqiq yeri müəyyən edildi

İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı dəqiq yer müəyyənləşib. Bu barədə İslam İnqilabı Keşikçiləri …