Ana səhifə / İqtisadiyyat / OPEC: “Azərbaycanda neft hasilatı sabit qalacaq”

OPEC: “Azərbaycanda neft hasilatı sabit qalacaq”

Bu il ərzində Azərbaycanda maye karbohidrogenlərin (neft və kondensat) gündəlik istehsalı 2018-ci ilə nisbətdə 0,01 milyon barel azalma ehtimalı ilə 0,80 milyon barel olacağı proqnozlaşdırılır. ONA-nın məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) mart ayı üzrə dərc etdiyi hesabatında bildirilir.

2018-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogen istehsalı 0,80 milyon barel səviyyəsində olub.

Hesabata əsasən, cari ilin yanvarında istehsal təxminən 0,81 milyon barelə qədər artıb. Ümumi istehsaldan 0,71 milyon barel neft, 0,10 milyon barel isə qaz kondensatının payına düşüb.

“Şahdəniz” yatağında kondensat hasilatının artımı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz blokunda neft hasilatının azalmasını kompensasiya edir. Bununla belə, 2019-cu ildə AÇG-də iki platformada texniki xidmət işlərinin aparılması ehtimalı ilə əlaqədar istehsalda ciddi azalma gözlənilir.

Həmçinin oxuyun

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. …