Ana səhifə / Sosial / Artırılmış müavinətlər 1 apreldən veriləcək

Artırılmış müavinətlər 1 apreldən veriləcək

“Fevral ayında imzalanmış sərəncamlar nəticəsində 1 milyon 500 minədək vətəndaşımızın sosial rifahı yaxşılaşdırılıb”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin bu gün müavinətlərin artırılması ilə əlaqədar verdiyi sərəncamdan sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, artırılmış sosial müavinətlər 1 apreldən etibarən vətəndaşlara veriləcək: “Bir illik ayrılacaq əlavə maliyyə dəyəri 400 milyon manat dəyərindədir. 10-20% deyil, 100%-dən yuxarı artımlardan söhbət gedir. 

Birinci qrup əlillərin gəlirləri artıq 300-400 manata çatdırılıb ki, bu da onların aylıq yaşayışında öz müsbət təsirini göstərəcək. Bu, inqilabi sərəncamdır. Biz də öhdəmizə düşən texniki hissəni yekunlaşdırıb təqdim edəcəyik”.

Nazir əlavə edib ki, bu, ilk mərhələdir, il ərzində təkmilləşdirmə işləri aparılacaq.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …