Çərşənbə , May 15 2024
Ana səhifə / Manşet / Özünə Aslan adı qoymaqla deyil ki… – Azər Həsrət İsmayılovdan yazdı

Özünə Aslan adı qoymaqla deyil ki… – Azər Həsrət İsmayılovdan yazdı

Neçə gündür aşağılıq kompleksindən əziyyət çəkənlər qızıldan qiymətli vaxtımı məşğul edir. Onlardan biri haqqında mediaya münasibət bildirmişəm. Adam yatıb, yuxusunda nəsə görüb və durub deyir ki, mən Azər Həsrət guya Azərbaycana e-poçtu ilk gətirən adam olduğumu iddia edirəm. Bu yalanı təbii ki, ancaq xəstə və aşağılıq kompleksindən əziyyət çəkən birisi mənə yapışdırmağa çalışa bilər. Cavabını verdim, getdi işinin dalınca.

Bu e-poçt yalanıyla paralel bir başqa yaratıq da özünü növbəti dəfə faş etdi. Bugünlərdə yazdığım bir yazıda qeyd etmişdim ki, üzərimə FETÖ-çülərlə bərabər etnik bölücülər də gəlir. Ad çəkməmişdim. Amma az sonra görürəm ki, etnik bölücü olduğuna heç şübhə etmədiyim birisi yazımı Facebook-da paylaşıb, üzərinə də yazıb ki, “etnik bölücü deyəndə məni nəzərdə tutur”. Adama deyərlər, soğan yeməmisən, için niyə göynəyir? Mən sözü yerə atmışdım ki, sahibi götürsün. İndi sən götürdün və deməli səni etnik bölücü sanmaqda səhv etmirəm.

Bu ünsürlərə qoşulanlar sırasında növbəti dəfə Aslan İsmayılovu da gördük. Heç dəxli olmadan noyabrın 27-də bir status paylaşıb. Olduğu kimi təqdim edirəm: “Bu gün Yeni Müsavat qəzetinin səhifəsinin canlı yayımında (şərhdə) aktyor Rza Rzayevin məktəb direktoru Tural Mirzəliyev arasında yaşananları Bəxtiyar Hacıyevlə Azər Həsrət müzakirə edirdilər. Videodan aydın görünür ki, Prezidentin köməkçisi Əli Həsənovun göstərişi ilə əməkdar jurnalist Azər Həsrət Rza Rzayevin müdafiəsi məqsədi ilə dəridən qabıqdan çıxır. Bunların kimliyini bilmək üçün paylaşacağım videonu izləmək kifayətdir”.

Heç dəxli var? Əlbəttə, yoxdur. Adam oturub bizim çıxışımıza baxıb. Baxsın. Mənim fikirlərimlə razılaşmaya bilər. Bilsin. Hətta tənqid də edə bilər. Onu da etsin. Amma Prezidentin köməkçisi Əli Həsənovun mətləbə nə dəxli? Yaxud da bu aşağılıq kompleksindən əziyyət çəkən Aslan İsmayılov niyə hər addımbaşı bizim hansısa hərəkətimizə münasibət bildirəndə hörmətli Əli Həsənovun adını bura qatır?

İndi ki, bu adam Əli Həsənovun xəbəri belə olmadığı məsələyə onun adını qatır, mənə böhtan atır, onda buyursun, aşağıdakı sözlərimə cavab versin. Dostluq etmirəm onunla. Heç izləmirəm də. Sadəcə bəzən onun bu cür sərsəm paylaşımlarını görənlər mənə göndərirlər, xəbərim olur. Bu dəfə də elə oldu və məcburam ki, bu adama layiq olduğu cavabı verim.

Aslan İsmayılov, iddia edirsiniz ki, mənə Əli Həsənov göstəriş verib ki, Rza Rzayevi müdafiə edim. Heç nə demirəm. Sadəcə deyirəm ki, Əli Həsənovdan göstəriş alan da şərəfsizdir, bunu yalandan iddia edən də! Mənim bu yazdığımı öz Facebook profilində yayımlamayan da şərəfsizdir! Haydı, siz axı haqq-ədalət carçısı, dürüstlük aşiqisiniz! Buyurun, özünüzə əminsinizsə, bu fikirlərimi də öz izləyicilərinizə təqdim edin.

Bura onu da əlavə etməyə məcburam ki, siz Aslan İsmayılov yazıq və xəstə təxəyyüllü fərdsiniz. Elə olmasaydı hər addımbaşı təpənizə dəxli olmadan Əli Həsənov daşının düşdüyünü sanmazdınız.

Siz heç, sizi izləyənlərə bəzən yazığım gəlir. O insanlar həqiqət axtarışında sizə üz tuturlar. Sizdən mədət umurlar. Sizsə vicdansızcasına onların bu etimadını istismar edirsiniz! Bir insan nə qədər aşağılıq olmalıdır ki, ona ümidlə üz tutanların hisslərini belə alçaqcasına sömürsün? Siz bunu edirsiniz, özü də davamlı şəkildə. Özünüzü də gərəkli və önəmli birisi kimi ictimai rəyə sırımaq üçün fürsət gəzirsiniz, populyar şəxslərin, dövlət xadimlərinin adlarını yazıb şərəfsizcəsinə yalanlar uydurursunuz! Heç utanmırsınızmı buna görə? Heç vicdan əzabı, xəcalət çəkmirsinizmi? Hüquqşünassınız, uzun illərin təcrübəsinə sahibsiniz, amma bir qaşıq ağlınız-ədalətiniz-abrınız yoxdur!

Bu sözləri yazmağa da məcbur edən siz oldunuz. Bilirsiniz, niyə? Ona görə ki, mənim “Yeni Müsavat”ın canlı yayımındakı fikirlərimi təhrif etməklə qalmırsınız, üstəlik məsələyə heç xəbəri olmadığı halda Prezidentin köməkçisi Əli Həsənovun adını qatırsınız, sizə güvənənlər də buna görə məni təhqir edir, siz də həzz alırsınız! Bunu edən adam şərəfsiz və alçaq deyil də, bəs nədir? Kiməsə böhtan atmaq, onun təhqir kampaniyasına rəvac vermək ən alçaq hərəkətdir ki, bunu da siz Aslan İsmayılov edirsiniz! Qınamıram sizi! Çünki busunuz, olanınız budur! Bir adamın sonradan özünə Aslan adı qoymaqla aslana dönmədiyinin bariz örnəyisiniz siz!

Haşiyə: 2015-ci ilin parlament seçkisində Aslan İsmayılov Nərimanov rayonunda deputatlığa namizəd idi. Dostumuz, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dairələr üzrə onlayn səsvermə keçirirdi. Məndən də xahiş etmişdi ki, səsvermənin populyarlaşmasında yardımçı olum. İşlər əla gedirdi. Hər kəs həvəslə səs verirdi. Bu Aslan İsmayılov da bütün arsenalını səfərbər etmişdi, öz dairəsində hamıdan öndə gedirdi. Təbii ki, Osman bəyin komandası haram qatmaq istəyənlərin qarşısını dərhal alırdı deyə səsvermə dürüst bir ortamda gedirdi. Belə bir durumda Aslan İsmayılovun əsas alternativi Adil Əliyev öz qüvvələrini səfərbər etdi, səsvermədə yavaş-yavaş önə keçməyə başladı. Bir müddət sonra isə bu Aslanı üstələdi. Və onda Aslanın əsl sifətini gördük. Bəli, gördük! Bu adam Osman bəyi hakimiyyətə satılmaqda, səsverməyə haram qatmaqda ittiham etdi! O Osman bəyi ki, həmişə Aslan haqqında xoş danışardı. Biz Osman bəylə Aslanın bu yanaşmasını müzakirə etdik. Onun sözü qısa oldu: Aslan da beləcə gözümdən düşdü.

Sözardı: Aslanın paylaşdığı videoya gəlincə. Burada 2005-ci ildə Elmar Hüseynov öldürüldükdən sonra bir toplantıda etdiyim çıxışdır. Özüm dərc etmişəm internetdə. Məsələyə də yetərincə cürətli və sərt münasibət bildirmişəm. İkinci hissədə isə 2015-ci ildə Əməkdar jurnalist fəxri adı aldığıma görə, Prezident İlham Əliyevə təşəkkür müsahibəmdir. Onu da özüm paylaşmışam. Bu Aslan ağılda olanlar da götürüb onları bir-birinə calayıb ki, baxın, dünən elə deyirdi, bu gün belə. Bu yarımqafalı aşağılıq yaratıqlar bu yolla saf, sadəlövh insanların duyğularını istismar etməklə məşğuldurlar. Məni yaxşı tanımayanlar heç fərqinə varmadan düşünürlər ki, bu niyə dünən elə, bu gün belə danışır? O “dünən”lə “bu gün”ün arasında 10 il fərq olduğunu isə bu həriflər öz auditoriyalarına bildirmirlər. Amma mən də bütün bunlara dözümlü yanaşıram və hətta onların calaq etdiyi videonu arabir özüm də paylaşıram. Çünki antireklam da bir reklamdır və bunların sayəsində məni tanımayanlar da tanıyırlar artıq…

Sözardına sözardı: “Yeni Müsavat”ın canlı yayımında, Aslanın iddia etdiyi kimi, Rza Rzayevi müdafiə etmədim. Sadəcə hər iki tərəfə məsafəli yanaşıb çağırış etdim ki, iş hüquq müstəvisində araşdırılsın. Bu zaman obyektiv gerçəkliyin üzə çıxacağı şübhəsizdir. Yalanmı deyirəm, Aslan İsmayılov?..

Azər HƏSRƏT

Azinforum.az

 

Həmçinin oxuyun

Monopoliya, inkişafdan qalan kənd təsərrüfatı və qeyri-şəffaf  subsidiyalar…

“İmkanlılar torpaqdan üçtərəfli qazanc götürürlər. Subsidiya alıb əkirlər, biçəndə ən azı 30-40 sentner taxıl götürürlər. …