Ana səhifə / Siyasət / “Müsəlman qardaşlar”ına ölüm hökmü verildi

“Müsəlman qardaşlar”ına ölüm hökmü verildi

 

Misirdə “Müsəlman qardaşlar” hərəkatının lideri Məhəmməd Bədi və hərəkatın 13 tərəfdarı ölüm cəzasına məhkum edilib.
ANS PRESS-in məlumatına görə, ötən gün paytaxt Qahirədə baş tutan məhkəmədə müttəhimlərin heç biri iştirak etməyib.
Məhkumlar 2013-cü ildə Qahirədə iğtişaşlar törətməkdə ittiham olunurlar.
Cinayət işi çərçivəsində 37 nəfər isə, ömürlük həbs cəzasına məhkum edilib.
Müttəhimlər arasında, eyni zamanda, Amerika Birləşmiş Ştatları vətəndaşlığı olan şəxsin adı çəkilir. O, anti-hökumət etirazlarını maliyyələşdirmək və yalan xəbər yaymaqda ittiham olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …

Bir cavab yazın