Çərşənbə , May 22 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycandan gələn pullar Estoniya bankında da “yuyulub”

Azərbaycandan gələn pullar Estoniya bankında da “yuyulub”

Estoniyadakı “Danske Bank”ın adı Azərbaycandan gəlmiş qeyri-qanuni pulların yuyulması ilə bağlı səs-küylü qalmaqalda hallanır. Virtualaz.org Danimarkada dərc olunan “Berlingske” qəzetinə istinadən xəbər verir ki, bank vasitəsilə əvvəllər güman edildiyindən 2 dəfə artıq – 53 milyard krondan (1 kron 0,16 dollara bərabərdir – red.) çox vəsait yuyulub.

Yenidən nəzərdən keçirilmiş göstərici 2007-2015-ci illərdə “Danske”nin Estoniya ofisində hesabları olan daha 20 şirkətin sənədlərinə əsasən dəqiqləşdirilib. Mənbəyə görə, qanunsuz vəsaitlər Rusiyadan, Moldovadan və Azərbaycandan daxil olub. Daxili araşdırmanın rəsmi nəticələri sentyabr ayında dərc ediləcək.

Məlumatın sızması nəticəsində “Danske Bank”ın qiymətli kağızlarının məzənnəsi 3,2% enib.

2017-ci ilin dekabr ayında bank Danimarkanın maliyyə nəzarəti orqanı (FSA) tərəfindən Estoniya filialında pulların yuyulmasına qarşı mübarizə qaydalarının pozulmasına görə 12,5 milyon kron cərimə edilmişdi.

Qeyd edək ki, daha öncə Azərbaycandan gəlmiş pulların yuyulması ilə bağlı qalmaqalda Latviyanın o qədər də tanınmayan “ABLV Bank”ının adı çəkilirdi.

Həmçinin oxuyun

Bankların yüksək faizi: Nə qədər davam edəcək?

Hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu 3 milyondan artıq vətəndaşımızın …