Ana səhifə / Siyasət / Polis qadağan olunmuş yerlərdə qurbanlıq heyvan satışına imkan vermir – FOTOLAR

Polis qadağan olunmuş yerlərdə qurbanlıq heyvan satışına imkan vermir – FOTOLAR

Musavat.com xəbər verir ki, hazırda Sabunçu rayonu Qaraçuxur qəsəbəsində polis və icra hakimiyyətinin əməkdaşları qadağan olunmuş yerlərdə qurbanlıq heyvanların satılmasına icazə vermir. Satıcıların etirazı odur ki, başqa yerlərdə satış olsa da, onlara icazə verilmir.
Musavat.com-un sorğusuna cavab verən İH nümayəndəsi bildirib ki, bu, rayonun İH başçısının tapşırığıdır, ona görə də icra edilməlidir.
Xatırladaq ki, dövlət qurumları paytaxtın müxtəlif yerlərində  qurbanlıq heyvanların satışı məqsədi ilə yarmarkalar təşkil edir.


Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …

Bir cavab yazın