Bazar ertəsi , May 20 2024
Ana səhifə / Aktual / Gülər Əhmədova eks-deputat kimi pensiya alacaq

Gülər Əhmədova eks-deputat kimi pensiya alacaq

Milli Məclisin sabiq deputatı Gülər Əhmədovaya eks-deputat pensiyası təyin oluna bilər.
Bu barədə onun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.
“1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən, Gülər Mikayıl qızı Əhmədovaya 30.05.2017-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilib. Bu qərara görə hakim Elçin Məmmədova təşəkkür edirəm!”, – deyə vəkil bildirib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
2013-cü ilin dekabrındaBakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.
2014-cü ilin mayında Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

Həmçinin oxuyun

İraqda bir günlük matəm elan edilib

İraqda bir günlük matəm elan olunub. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq …