Çərşənbə , May 15 2024
Ana səhifə / Cəmiyyət / Heydər Əliyev məzun oldu (FOTO/VİDEO)

Heydər Əliyev məzun oldu (FOTO/VİDEO)

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı “ADA” Universitetindən məzun olub.
Qafqazinfo xəbər verir ki, bu gün “ADA”dan məzun olanlar üçün tədbir keçirilib.
Tədbirdə H.Əliyevin valideynləri – Pezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak edib.
Dövlət başçısı tələbələr qarşısında çıxış edərək onları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb.
Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq “ADA” Universitetinə qəbul olan H.Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.
Sosial şəbəkələrdə prezidentin tələbələr qarşısında çıxışını əks etdirən görüntülər yayılıb. Onlardan birini təqdim edirik:

Həmçinin oxuyun

Bakının mərkəzində üç ilə tikilən hotel üç günə söküldü – VİDEO

Bakının mərkəzində, Səbail rayonunda üç ildir ki, tikilən binanın söküntüsünə başlanılıb. Tavanından zirzəmisinədək sökülən binanın …