Çərşənbə , May 15 2024
Ana səhifə / Media / DTX-nın həbs etdiyi baş redaktor və müavini məhkəmə zalından azadlığa buraxıldı – Hökm

DTX-nın həbs etdiyi baş redaktor və müavini məhkəmə zalından azadlığa buraxıldı – Hökm

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Surxay Əliyev və Hikmət Nəcəfli barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. S. Əliyev və H. Nəcəfli məhkəmə iclas zalından azadlığa buraxılıblar.

Sevinc Məmmədsalayevə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər M. Abbasov, İlahə Qasımova və Gülbəniz Əliyeva barəsində də şərti cəza seçilib.

APA

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …