“ABŞ İranla “altılıq” ölkələri arasında imzalanmış nüvə sazişindən çıxmaqla itirən tərəf olacaq”.
“Haberturk” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bu məsələdə ABŞ itirən tərəf olacaq. Çünki siz imzaladığınız razılaşmaya sadiq qalmırsınız. Beynəlxalq müqavilələri istədiyiniz zaman poza və ya davam etdirə bilməzsiniz. Bu qəbuledilməzdir”.