Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Binəqədidə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihə həyata keçirilib – FOTO

Binəqədidə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihə həyata keçirilib – FOTO

Aprelin 17-sində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə Bakının Binəqədi rayonunda tədbir keçirilib.  Tədbirdə   Milli Qəhrəman Zabit Quliyev , Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, həmin İB-nin Laçin rayon üzrə nümayəndəliyinin rəhbəri Ədalət Kəlbalıyev, Gənclər və İdman Nazirliyinin  sektor müdiri  Əli Məmmədov, Binəqədi rayon İcra Hakimiyyətinin müavini, həmin rayonun Hərbi Komisarlığının müavini, Aprel  döyüşçüləri iştirak ediblər. Onlar tədbirə toplaşan gənclərə müharibədə igidlik göstərmiş qəhrəmanlarımızın keçdiyi şərəfli həyat  və döyüş yolu barədə  geniş məlumatlar veriblər.  Layihənin davamının başqa rayonlarda da olacağı bildirilir.

Azinforum.az

 

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …