Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / “İsa Qəmbərin müalicəsi davam edir” – Aida Qəmbər

“İsa Qəmbərin müalicəsi davam edir” – Aida Qəmbər

Almaniyada klinikaya yerləşdirilən Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir.

Aprelin 17-də Novator.az-a danışan həyat yoldaşı Aida Qəmbər İsa Qəmbərin səhhətinin yaxşı olduğunu deyib.

61 yaşlı İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.

İsa Qəmbər bu ilin yanvar və fevral aylarında Bakıdakı Mərkəzi Klinik Xəstəxanada, fevralın sonundan mart ayının ortalarınadək Türkiyə paytaxtı Ankaranın Hacettepe Universitetinin xəstəxanasında ürəyindən müalicə olunub, aprelin 4-də Almaniyaya gedib.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …