Bazar ertəsi , May 6 2024
Ana səhifə / Cəmiyyət / İcra nümayəndəliyinin binasında qumbara həyəcanı – FOTOLAR

İcra nümayəndəliyinin binasında qumbara həyəcanı – FOTOLAR

Bu gün saat 10:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.
Ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar olunaraq, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Həmçinin oxuyun

Rasim Balayev: “Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər”

“Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır. Məncə, …