Ana səhifə / Sosial / Türkiyədə əcnəbilərlə evlənən kişilərin 13 faizi azərbaycanlı qadınlarla ailə qurub

Türkiyədə əcnəbilərlə evlənən kişilərin 13 faizi azərbaycanlı qadınlarla ailə qurub

2017-ci ildə türkiyəli kişilər ümumilikdə 20 972 əcnəbi qadınla evləniblər ki, onların 13,3%-i azərbaycanlıdır.

Bu barədə Trend Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən məlumat verir.

2017-ci ilin yekunlarına əsasən, ölkədə ailə həyatı quran kişilərin orta yaş həddi 27, qadınlarda isə 24 olub.

Ötən ilin nəticələrinə görə, Türkiyədə evlənənlərin sayı 2016-cı ilə nisbətdə 4,2% azalaraq 569 459 nəfər olub. 2017-ci ildə boşananların sayı isə 2016-cı illə müqayisədə 1,8% artaraq 128 411 nəfər təşkil edib.

TÜİK-in məlumatına əsasən, keçən il boşanmaların 38,7%-i evliliyin ilk beş ilində qeydə alınıb.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …