Çərşənbə , May 15 2024
Ana səhifə / Şou Biznes / Damla oxudu, iranlı kişilər göz yaşı tökdü – VİDEO, FOTOLAR

Damla oxudu, iranlı kişilər göz yaşı tökdü – VİDEO, FOTOLAR

Müğənni Damla konsert proqramı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, “Elektra Event Hall”da baş tutan gecəə milli rəqs qrupunun möhtəşəm çıxışı ilə başlayıb. Damla DJ Roshka ilə səhnəyə çıxaraq “Qürur” və “Vur ürəyimdən” mahnılarını səsləndirib. Konsertdə iranlı qonaqlar üstünlük təşkil edib. Onlar mahnıları ifaçı ilə birlikdə ifa ediblər. Əcnəbi kişilərin göz yaşı axıtması isə diqqətdən yayınmayıb.

Gecədə diqqət çəkən məqamlardan biri də sənət dostlarının  Damlanın yanında olmaması olub. İfaçı ayrı-seçkilik salıb heç kimin xətrinə dəymək istəmədiyini, bunun üçün onları dəvət etmədiyini deyib.

Bir müddət öncə atasını itirən Damla konsertini təxirə salmağın mümkünsüz olduğunu da dilə gətirib: “Xarici ölkələrdə konsertlər təşkil olunmuşdu, təxirə sala bilmədim. Çünki bunun üçün uzun zaman lazım idi. Həm də insanları yarıda qoymuş olacaqdım.  Son konsertim isə məkana görə təxirə salına bilmədi. Burada hər günün öz proqramı var. Ona görə vaxtı dəyişə bilmədik. Mən ailə saxlayan qadınam. İşləməsəm, yaşaya bilmərəm”.

 

Həmçinin oxuyun

Müğənni: “Oğluma deyirəm, qənaət etmə, 5 manatın varsa, xərclə”

“Qənaət etmək də lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki”. Bu sözləri “Elgizlə izlə” …