Ana səhifə / Cəmiyyət / Məşhur türk aktyoru vəfat etdi

Məşhur türk aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyoru Ercüment Balakoğlu dünyasını dəyişib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 80 yaşlı aktyor bir müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
1 yanvar 1934-cü ildə Zonquldakda doğulan Balakoğlu “Çocuklar Duymasın” adlı məşhur serialda yaratdığı Dursun obrazı ilə daha da məşhurlaşmışdı. 2013-cü ildən bəri Tamaşa teatrında çıxış edən aktyor “Günəşə səyahət”, “Məktub”, “Papatyam”, “Danimarkalı gəlin”, “Çılğın sevgililər” və s. kimi layihələrdə yer alıb.

Həmçinin oxuyun

Aşıq Ramin Qarayev kamera orkestrinin müşayiəti ilə solo konsert verəcək

Azərbaycan Mədəniyyət Nazirliyi, Xəzər Universiteti və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə çağdaş aşıq sənətinin …