Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / Qar bu bölgəmizdə fəsadlar törətdi – FOTOLAR

Qar bu bölgəmizdə fəsadlar törətdi – FOTOLAR

Ölkənin şimal regionuna qar yağıb. Dünən gecə saatlarından yağmağa başlayan qar hələ də davam edir. Qarın ən çox yağdığı ərazilər Xızı, Quba və Şabran rayonlarıdır. Xızının Altıağac qəsəbəsinə 10 sm, Qubanın dağ kəndlərinə, əsasən də Xınalığa 25 sm və Şabranın Çuxurəzəmi kəndinə isə 8 sm qar yağıb.

  • Qubanın Xınalıq kəndinə yağan qar
  • Qubanın Xınalıq kəndinə yağan qar
  • Qubanın Xınalıq kəndinə yağan qar
Qubanın Xınalıq kəndinə yağan qar

Qubanın Xınalıq kəndindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, qarın yağması bir neçə fəsadlara yol açıb. Xınalıq yolu qismən bağlanıb. Kəndə gediş-gəliş çətinləşib, internet davamlı olaraq kəsilir. Şagirdlərin məktəbə getməsində də çətinliklər yaşanıb.

Həmçinin oxuyun

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək”

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi inşa etməyi planlaşdırır”. “Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, …