Bazar ertəsi , May 20 2024
Ana səhifə / İqtisadiyyat / Prezident SOCAR-a 100 milyon manat ayırdı

Prezident SOCAR-a 100 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli, Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşmənin təmin edilməsi tapşırılıb.

Həmçinin oxuyun

“Azərbaycanda əməkhaqqı artımı yox, daha çox gizli ödənişin azaldılması prosesi getdi”

Azərbaycanda bu ilin ilk 3 ayında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 985.3 manat …