Ana səhifə / Dünya / “Əsəd Afrinə girməyəcək”

“Əsəd Afrinə girməyəcək”

Bəşər Əsədə məxsus hərbi qüvvələrin Afrinə daxil olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.

Əsəd qüvvələrinin PYD/ PKK terror təşkilatları ilə anlaşması barədə yayılan xəbərlərə münasibət bildirən B.Bozdağ Türkiyənin prosesi yaxından izlədiyini deyib.

O, Əsədə aid qüvvələrin Afrinə girməsi haqda yayılan informasiyaların doğru olmadığını söyləyib: “Zeytun budağı” əməliyyatı çərçivəsində 1651 terrorçu zərərsiləşdirilib və əməliyyat qətiyyətli şəkildə davam edəcək”.

Münbiçə mümkün müdaxiləyə gəlincə, hökumət sözçüsü Rusiya, Türkiyə və İran tərəfindən üçtərəfli mexanizm yaradılacağını qeyd edib: “ABŞ YPG-ni öz nəzarəti altına almasa, son sözü biz deyərik”.

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …