Ana səhifə / Kriminal / Jurnalist Əfqan Muxtarlının şikayəti əsasında məhkəmə başlayır

Jurnalist Əfqan Muxtarlının şikayəti əsasında məhkəmə başlayır

Jurnalist Əfqan Muxtarlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bu barədə “Report”a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, Şəki Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 20-nə təyin edilib. Şikayətə hakim Rafail Əliyevin sədrliyi ilə baxılacaq.

Vəkil bildirib ki, apellyasiya şikayətində apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılmasını və Ə.Muxtarlının barəsində bəraət hökmünün çıxarılmasını tələb edirlər.

Qeyd edək ki, Ə.Muxtarlı ötən il mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …