Ana səhifə / Sosial / “İnsanlar alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər” – PSİXOLOQ

“İnsanlar alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər” – PSİXOLOQ

Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Ancaq endirimlər zamanı məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır.

Psixoloq Günel Aslanova Sputnik Azərbaycan-a deyir ki, bu əməllərin “qurbanı” olan müştərilər iki yerə bölünür:

“Bilərəkdən bu kampaniyalara aldananlar və bilməyərəkdən kampaniyaya inananlar. Xəbərsiz müştərilər qiymətə aldanıb “qabağa düşmək” istəyirlər. Bu da kütlə psixologiyasından qaynaqlanır. Hamı gedir deyə onlar da aldanıb gedirlər. Bilənlər isə düşünürəm ki, depressiyada olanlardır. Alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər”.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …