Çərşənbə , May 15 2024
Ana səhifə / Kriminal / Polis Şirvanda itkin düşən bacı-qardaşı Bərdədə tapdı

Polis Şirvanda itkin düşən bacı-qardaşı Bərdədə tapdı

Cari il avqustun 28-də Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan virtualaz.org saytının yerli bürosuna verilən məlumata görə, bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan ŞPŞ-yə müraciət edib.

Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.

Həmçinin oxuyun

430 minlik dələduzluqda ittiham olunan “MİDA işçisi”nin məhkəməsi başlayır

Güzəştli mənzil almaq adı ilə çoxsaylı vətəndaşın pulunu ələ keçirən Əzizov Mirdaməd Əziz oğlunun qanunsuz …