Çərşənbə , May 8 2024
Ana səhifə / Cəlilabadda torpaq sürüşməsi baş verib – FOTO

Cəlilabadda torpaq sürüşməsi baş verib – FOTO

Son günlər Azərbaycanın cənub bölgəsinə yağan güclü yağıntılar Cəlilabad rayonunda torpaq sürüşmələrinə səbəb olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad -Sadatlı avtomobil yolunda qeydə alınıb. Sürüşmə nəticəsində yolda dərinliyi yarım metrə çatan çatlar əmələ gəlib. Ən təhlükəli vəziyyət isə yolun rayonun Qamışlıgöl və Sadatlı kəndlərini birləşdirən hissəsində yaranıb. Ona yaxın kəndin əhalisinin mütəmadi istifadə etdikləri avtomobil yolunun müxtəlif hissəsində baş verən sürüşmə asfalt qatının aralanmasına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, bir neçə gün öncə yağan yağışdan sonra burada sürüşmə daha da aktivləşib.
Yolun sürüşmə nəticəsində çökməsi dünəndən kəndlərin rayon mərkəzi ilə əlaqəsini məhdudlaşdırıb.
Sürüşmə zonasında yerləşən bəzi evlərin və yardımçı tiklilərin divarlarında iri çatlar yaranıb. Sürüşmənin belə sürətlə davam etməsi tədricən ətraf ərazilərdə iri torpaq qatının uçmasına da gətirib çıxara bilər.
Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Asif Əzizov bildirib ki, əraziyə baxış keçirilməsi üçün mütəxəssislər dəvət olunub. Sürüşmə zonasındakı aktivlik yoxlanıldıqdan sonra yolun çökmüş hissəsində bərpa işləri aparılacaq.

 

Həmçinin oxuyun

Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir

Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər ictimaiyyətdə diqqət çəkib. Dəyişikliklərin mahiyyətini tam …

Bir cavab yazın