Ana səhifə / Aktual / Arif Hacılı səfirlə görüşdü- İşıqlar söndü

Arif Hacılı səfirlə görüşdü- İşıqlar söndü

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın mərkəzi qərargahında Böyük Britaniyanın Azərbaycanda səfiri İrfan Siddiq ilə görüşüb.

PartiyadanQafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycan-İngiltərə münasibətləri, Azərbaycanın Avropaya inteqrasiya məsələləri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbuslar problemi və  yaxınlaşan Parlament seçkiləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər belə görüş və müzakirələrin davam etdirilməsi və intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da iştirak edib.

Səfirlə görüş zamanı Müsavat qərargahında və ətraf binalarda işıq sönüb.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …

Bir cavab yazın