Çərşənbə , May 15 2024
Ana səhifə / Tehran stadionunda polisin azərbaycanlılara qarşı hücumundan VİDEO GÖRÜNTÜ

Tehran stadionunda polisin azərbaycanlılara qarşı hücumundan VİDEO GÖRÜNTÜ

daMartın 18-də (isfəndin 27-də) Tehranın azadı stadionunda bu şəhərin “Peykan” voleybol komandası ilə Urmiyənin “Şəhrdari” takımı qarşılaşdı. (3 – 2) hesabı ilə “Peykan”ın xeyirinə yekunlaşan müsabiqədə soydaşlarımız dinc şəkildə bir çox milli şüarlar səsləndirdilər. Lakin “Traxtur” futbol takımının müsabiqələrində olduğu kimi voleybol müsabiqəsi də qarşıdurmasız ötüşmədi.

Xəbər verdiyimiz kimi, polis qüvvələri Urmiyə komandasının tərəfdarlarına qəfildən hücum edib və onları vəhşicəsinə döyüb. Onlarla soydaşımızın yaralandığı hadisə azərbaycanlıların ciddi qəzəbinə səbəb olub, hətta bir çox yerli məsul da bu məsələyə ciddi etiraz bildirib.

Polis bir çox soydaşımızın stadiona daxil olmasına da mane olub. “Şəhrdari” takımına ayrılan yerlərin dolması bəhanəsi ilə azərbaycanlı tamaşaçıların əksəriyyəti stadiona buraxılmayıb. Onlar müsabiqə bitdikdən sonra polis hücumuna da məruz qalıblar.

VİDEO:

 

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …

Bir cavab yazın