Bazar ertəsi , May 6 2024
Ana səhifə / Araşdırma / Leyla Yunus məhkəmədə son söz deyir: Bu gün hökm oxuna bilər – FOTOLAR

Leyla Yunus məhkəmədə son söz deyir: Bu gün hökm oxuna bilər – FOTOLAR

Leyla və Arif Yunusların Ağır Cinayətlər üzrə İşlər Məhkəməsində keçirilən məhkəmə iclasının növbəti iclası başlanıb.
“Yeni Müsavat”ın əməkdaşının verdiyi xəbərə görə, ötən dəfələrdə olduğu kimi, bu dəfə də prosesə gələnlər zala buraxılmayıblar. Bu dəfə diplomatik korpusların təmsilçilərinə də güzəşt edilməyib: Fransa səfirliyinin nümayəndələri də bayırda qalıblar.
Verilən məlumata görə, bugünkü prosesdə müdafiə tərəfinin vəkilləri çıxış edəcəklər. Leyla və Arif Yunuslar son sözlərini deyəcəklər.
Məhkəmə başlamazdan əvvəl vəkillər mətbuata verdikləri açıqlamalarda bildirdilər ki, çıxışlarında əsasən, Yunuslara qarşı irəli sürülmüş ittihamlarda cinayət tərkibinin olmadığını vurğulayaraq, onlar barəsində bəraət verilməsini tələb edəcəklər.
Yunusların məhkəməsində vəkillərin çıxışı başa çatıb.
Hazırda Leyla Yunus məhkəmədə son söz demək hüququndan istifadə edir.
Məhkəməyə gələn azsaylı insanlar binanın önündə gözləyirlər.
Günün sonunda hökmün oxunacağı gözlənilir.
Musavat.com






Həmçinin oxuyun

Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı – SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 

Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız …

Bir cavab yazın