Ana səhifə / Araşdırma / Nazarbayev aeroportunda Azərbaycan vətəndaşından 2 milyon dollarlıq qızıl tutuldu

Nazarbayev aeroportunda Azərbaycan vətəndaşından 2 milyon dollarlıq qızıl tutuldu

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları Astananın “Nursultan Nazarbayev” beynəlxalq aeroportunda 2 milyon dollarlıq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.

Virtualaz.org xəbər verir ki, əvvəlcədən daxil olmuş əməliyyat məlumatı sayəsində avqustun 19-da “İstanbul-Astana” reysi ilə uçan sərnişin, 1980-ci ildə anadan olmuş Azərbaycan vətəndaşının adına olan yük saxlanılıb. Axtarış zamanı yükün içərisindən 48 kiloqram ağırlığında, ümumi dəyəri 2 milyon dollardan yuxarı olan müxtəlif qızıl-zinət əşyaları tapılıb. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın