Ana səhifə / Siyasət / Azərbaycanda bank müflis elan olundu

Azərbaycanda bank müflis elan olundu

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib.

Qafqazinfo xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı “Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də  məhkəməyə müraciət edib.

Məlumata əsasən, hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da iclas keçirilib.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib.

Həmçinin oxuyun

Zelenski İlham Əliyevi Sülh Sammitinə dəvət etdi

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: …

Bir cavab yazın