Çərşənbə , May 15 2024
Ana səhifə / Araşdırma / Bakıda ikinci dəfə evlənən kişi birinci həyat yoldaşının qohumları tərəfindən döyülüb

Bakıda ikinci dəfə evlənən kişi birinci həyat yoldaşının qohumları tərəfindən döyülüb

Bakıda 2-ci dəfə evlənən kişi birinci həyat yoldaşının qohumları tərəfindən döyülüb.

“Report”un xəbərinə görə, kütləvi dava Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə qohumlar arasında kütləvi dava düşüb. Hüquq-mühafizə orqanı əməkdaşlarının “Report”a verdiyi məlumata görə, dava 32 yaşlı Quliyev Ruslan Faiq oğlunun ikinci dəfə evlənməsi səbəbindən baş verib. R.Quliyevin birinci həyat yoldaşı 31 yaşlı Qənbərova Aygün ərinin bu əməlindən xəbər tutduqda qohumları ilə birgə R.Quliyevin yaşadığı qaynanasının evinə gəlib və hər iki tərəf arasında dava düşüb. R.Quliyev döyülərək ağır xəsarət alıb.

Bundan başqa, A.Qənbərova da qaynanası tərəfindən döyülüb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R.Quliyev birinci həyat yoldaşından ayrı yaşayıb. O, ikinci dəfə tanış olduğu xanımla nişanlanıb.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …

Bir cavab yazın