Ana səhifə / Sosial / Artur Rasi-zadə növbəti dəfə ARDNF-in Müşahidə Şurasının sədri seçildi

Artur Rasi-zadə növbəti dəfə ARDNF-in Müşahidə Şurasının sədri seçildi

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Fonddan virtualaz.org-a verilən məlumata görə, baş nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2016-cı il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlərə baxılıb.

Müşahidə Şurası ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun təqdim etdiyi Fondun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib və ARDNF-nin 2016-cı il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Baş nazir növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.

Həmçinin oxuyun

Deputatın maaşı camaatda niyə qıcıq doğurur? – AÇIQLAMA

“Burada insanlarda çaşqınlığı, tərəddüdü yaradan məsələ dediyim kimi, onların seçki statusudur. İnsanlarda kütləvi şəkildə uzun …

Bir cavab yazın