Çərşənbə axşamı , May 21 2024
Ana səhifə / Sosial / AMİP bəyanat verdi…

AMİP bəyanat verdi…

Azərbaycan Milli İstiqlal Partiyası Hollandiya –Türkiyə arasında yaranan diplomotik gərginliyə öz etirazını bəyanat yayaraq bildirib.

Bəyanatda deyilir:

“Azərbaycan Milli İstiqlal Partiyası Hollandiya rəsmilərinin məsuliyyətsiz addımları səbəbindən Hollandiya –Türkiyə arasında yaranan diplomotik gərginliyə öz etirazını bildirirərək bəyan edir ki, ifadə azadlığından istifadə edən türk əsilli inanlara və türk vətəndaşlarına qarşı gücdən istifadə olunması özünü qərbdə demokratik dəyərlərin əsas daşıyıcılarından hesab edən Hollandiyanın getdikcə fərqli fikrə dözümsüz olmasını göstərir.

AMİP olaraq Türkiyədə gələn ay keçiriləcək referenduma heç vaxt münasibətimizi bildirməmişik və bu münasibəti bildirmək haqqının Türkiyə Cumhuriyyəti vətəndaşlarınında və siyasi partiyalarında olduğunu bəyan etmişik. Bu hüquqlarından istifadə edən insanlara qarşı Hollandiyada aqressiya nümayiş elətdirilməsi, Türkiyə Xarici İşlər Nazirinin ölkəyə girişinə qadağa qoyulması, Türkiyənin Ailə və Sosial Siyasətlər nazirinin Rotterdamda nəzarətə alınaraq türk konsulluğuna daxil olmasına imkan verilməməsi Hollandiyada demokratik dəyərlərin itirilməsi təhlükəsinin olması anlamına gəlir. AMİP atılan bu addımların doğru olmadığını və digər Avropa dövlətlərində də bundan presedent kimi istifadə edəcəyindən öz narahatlığını bildirir.Bu cür məsələlırdə bütün qərb dövlətlərini diqqətli olmağa, onalara qarşı istər daxildən, istərsə də kənardan inamın azalmasına gətirib çıxaracaq addımları atılmamağa çağırırıq.”

Həmçinin oxuyun

Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …

Bir cavab yazın