Ana səhifə / 2018 / Fevral (səhifə 23)

Monthly Archives: Fevral 2018

1-ci siniflərə qəbul qaydalarının müsbət və mənfi tərəfləri… – ŞƏRH

Fevralın 22-dən etibarən Bakıda 2018/2019-cu dərs ili üçün 1-ci sinfə qəbul başlayıb. Martın 12-də bu prosesə Abşeron, Gəncə və Sumqayıtda da start veriləcək. Qəbul həm elektron, həm də alternativ qeydiyyat mərkəzləri yolu ilə aparılır. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu …

Ətraflı oxu »

Azərbaycandakı yəhudi dini icmaları “Ana harayı” abidəsini ziyarət ediblər – FOTO

Fevralın 25-də Azərbaycandakı yəhudi dini icmalarının nümayəndələri Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər. Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə Azərbaycandakı yəhudi dini icmalarının adından əklil qoyulub. Abidənin önünə, həmçinin Amerika Yəhudi Komitəsi adından əklil qoyulub. Sonra Xocalı soyqırımı qurbanlarının …

Ətraflı oxu »

16 türkiyəli qadın edam ediləcək

İŞİD terror təşkilatına qoşulan türkiyəli qadınlar məhkəmə qarşısına çıxarılıb. AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, İraqda baş tutan məhkəmədə 16 qadın İŞİD-ə qoşularaq terrorçulara dəstək verdiklərini etiraf ediblər. Məhkəmənin qərarı ilə İŞİD-çi qadıınlar edam cəzasına məhkum edilib.

Ətraflı oxu »

TBMM sədri: Ermənistan rəhbərliyi Xocalı qətliamında iştirak edib

Türkiyə Böük Millət Məclisinin sədri İsmail Qəhrəman Xocalısoyqırımının 26-cı ildönümü ilə bağlı açıqlama yayıb. APA-nın verdiyi məlumata görə, İ. Qəhrəman bəşəriyyət tarixinin ən vəhşi qətliamlarından birinin Xocalıda törədildiyini, Ermənistan ordusunun işğalı altında olan Xocalıda 26 il əvvəl 613 günahsız insanın qəddarlıqla qətlə yetirildiyini bildirib. Türkiyə parlamentinin sədri bugünkü Ermənistan rəhbərliyindəki …

Ətraflı oxu »

Yol elə gündədir ki, uşaqlar yıxılıb zədələnirlər – FOTOLAR

Yol mədəniyyətdir. Təəssüf ki, bu mədəniyyət Oğuzun şəhid Arzu Əliyevin adını daşıyan küçəsində heç hiss olunmur. Minə yaxın sakinin yaşadığı küçədə yol bərbad vəziyyətdədir. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Oğuzun ilk şəhidinin adını daşıyan Arzu Əliyev küçəsində isti havalarda tozdan, yağış, yağışlı havalarda isə palçıq və gölməçələrin əlindən …

Ətraflı oxu »

AMIP rəhbərliyinin Madrid səfəri başa çatıb-FOTO

19-22 fevral 2018-ci il tarixlərində İspaniyanın Salamanka və Madrid şəhərlərində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti Qurultayı – Partiya Liderlərinin Toplantısı keçirilmişdir. Qurultayda AMİP-i partiyanın Beynəlxalq Əlaqələr Katibi Elşən Mustafayev və Gənclər Təşkilatının sədri Ayxan Etibaroğlu təmsil etmişlər. Dünyanın 100-dən artıq sağ-mərkəz yönlü partiyasını öz ətrafında …

Ətraflı oxu »

Türk ordusunun son zəfəri: Afrinin xəritəsi dəyişdi – Foto

Türkiyə Silahlı Qüvvələrinin Afrində terrorçulardan azad etdiyi son 5 kənd strateji cəhətdən kritik önəmə sahib olub. Axar.az xəbər verir ki, son azad edilən kəndlərlə birlikdə türk ordusu şimaldakı cəbhələri birləşdirib. Beləliklə daha bir istiqamətdə terrorçuların Türkiyə sərhədi ilə əlaqəsi kəsilib. Bununla da eyni zamanda Racu-Bülbül xətti birləşdirilib. Qeyd edək ki, terrorçuların …

Ətraflı oxu »

“Real” qələbə qazanıb, Ronaldu son yeddi oyunda 12-ci qolunu vurub – VİDEO

Madridin “Real” klubu futbol üzrə İspaniya çempionatının 25-ci turunda “Alaves” üzərində 4:0 hesablı qələbə qazanıb. “Report” xəbər verir ki, portuqaliyalı hücumçu Kriştianu Ronaldu komandanın heyətində dubl edib. Bununla da o, Madrid klubunun heyətində keçirdiyi son 7 matçda 12-ci qolunu vurub. “Real” bu qələbə sayəsində xallarının sayını 51-ə çatdırıb və hazırda …

Ətraflı oxu »

Şəhid olandan 2 ay sonra əkiz oğlanları dünyaya gəlib… – REPORTAJ

Peyğəmbər əfəndimiz Məhəmməd (S.Ə.S) şəhidlik haqqında buyurub: “Cənnətə girən şəxs yer üzünün bütün nemətləri ona verildiyi təqdirdə belə, dünyaya qayıtmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istəyər”. Ötən ilin fevral ayının 24-dən 25-ə keçən gecə erməni silahlı qüvvələri yenidən bütün cəbhə boyu irimiqyaslı təxribata …

Ətraflı oxu »

Rusiya müxalifəti küçələrə çıxdı – VİDEO

Moskvada Rusiya müxalifətinin qətlə yetirilmiş lideri Boris Nemtsovun xatirəsinə yürüş keçirilib. Aksiya Moskva meriyası ilə razılaşdırılsa da, təşkilatçılar bir neçə nəfərin saxlandığını bildirirlər. Azadlıq Radiosunun Rusiya xidməti saxlananlardan “Rus, oyan”, “Rus, mübarizə apar” kimi şüarların alındığını yazır. Liberal müxalifət partiyalarının təşkil etdikləri aksiyada Nemtsovun portretləri ilə yanaşı, onun sitatlarının yer …

Ətraflı oxu »