Şənbə , May 11 2024
Ana səhifə / Kriminal / Yarım milyon manat oğurlayıb qaçdı, “28 Mall”da yaxalandı – AZƏRBAYCANDAN QAÇMAQ İSTƏYIB Tarix: Bu gün, 13:23 | Çap et

Yarım milyon manat oğurlayıb qaçdı, “28 Mall”da yaxalandı – AZƏRBAYCANDAN QAÇMAQ İSTƏYIB Tarix: Bu gün, 13:23 | Çap et

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nın mühafizəçisi yarım milyonluq seyfi “aparıb” və ölkədən qaçmaq istəyib. Bu barədə “Sputnik”ə hüquq-mühafizə orqanlarından məlumat verilib. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayətin üstü “isti izlərlə” açılıb.

Oğurluq hadisəsi sentyabrın 23-də baş verib. “Sumqayıt Texnologiyalar Parkı” MMC-nın hüquq departamentinin direktoru Polad Cabbarlının kabinetindən oğurluq edilib. Seyf sındırılıb və içərisindəki külli miqdarda məbləğ oğurlanıb.

İlkin araşdırmalar zamanı cinayətin Sumqayıt şəhər sakini 39 yaşlı Rauf Nəbiyev tərəfindən törədildiyi məlum olub. R.Nəbiyev adıçəkilən sənaye müəssisəsində mühafizəçi işləyib.

Əməliyyat-axtarış tədbirləri zamanı R.Nəbiyev oğurladığı pulların bir qismini – 30 min manatını “qara bazar”da dollara çevirdikdən sonra “28 Mall” ticarət mərkəzində yaxalanıb. İlkin dindirmə zamanı bank kreditini bağlamaq niyyətində olduğunu deyib. O, cinayətə əvvəlcədən hazırlıq gördüyünü də gizlətməyib. Belə ki, öncədən aviabilet alıb və hadisədən sonra Azərbaycanı tərk etmək niyyətində olub. Lakin Sumqayıt hüquq-mühafizə orqanlarının əməkdaşları onun bu arzusunun reallaşmasının qarşısını ala biliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Həmçinin oxuyun

Bəxtiyar Hacıyev: “Təcridxananın rəis müavini zorla sənədlərimi əlimdən aldı…”

İlyarımdır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasının rəhbərliyindən şikayətçidir. O, mayın 10-da …