Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Dünya / Fələstin dövlətinin yaradılması məsələsi BMT-də müzakirəyə çıxarılacaq

Fələstin dövlətinin yaradılması məsələsi BMT-də müzakirəyə çıxarılacaq

Fələstin Azadlıq Təşkilatı (FAT) İcraiyyə Komitəsi paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətinin yaradılması məqsədi ilə BMT çərçivəsində beynəlxalq konfrans keçirməyə çağırıb.

RİA Novosti bildirir ki, bu barədə FAT-ın ötən axşam yaydığı bəyanatda deyilir.

FAT müstəqil Fələstin dövlətinin 1967-ci ildən əvvəl olan sərhədlərdə yaradılmasına ümid edilir.

Bundan başqa, konfransın işində Fələstin qaçqınlarının problemlərinin həlli variantları, İsrail həbsxanalarında fələstinli məhbusların vəziyyəti və BMT qətnamələrinə uyğunluluq müzakirə ediləcək.

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …