Şənbə , May 11 2024
Ana səhifə / Cəmiyyət / Abel Məhərrəmov rektor vəzifəsindən azad edildi – RƏSMİ

Abel Məhərrəmov rektor vəzifəsindən azad edildi – RƏSMİ

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamında deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, A.Məhərrəmov 1999-cu il yanvar ayının 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmişdi.

Həmçinin oxuyun

Əlilliyi olan ictimai fəalı apelyasiya məhkəməsi də həbsdə saxladı

“Əlləri işləməyən adam öz cibinə narkotiki necə qoyub?” İsveçdən Azərbaycana deportasiya ediləndən bir müddət sonra …