Avtomobilinin ön şüşəsində çat olan sürücülər cərimə ediləcək
Avtomobilin ön şüşəsində yaranan çat bir çox sürücünün rastlaşdığı problemlərdəndir. Bəzən kiçik görünən zədə zamanla böyüyərək həm sürücünün görməsini məhdudlaşdıra, həm də yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Bəs yaranan vəziyyət üçün sürücülərə cərimə tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, şüşədə yaranan çat nasazlıq kimi dəyərləndirilə və cərimə tətbiq edilə bilər:
O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində avtomobilin konstruksiyasının digər elementlərinin texniki nasazlığına görə 50 manat cərimə nəzərdə tutulur: “Cərimə həm də çat olan şüşələrə aid edilir. Bu o deməkdir ki, avtomobilin konstruksiyasında nasazlıq var və cərimə ilə nəticələnə bilər. Sürücülərə tövsiyə edilir ki, belə vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinlər”.