Sosial şəbəkədə biz:

"Evlər qeydiyyatda olmadığı üçün bələdiyyələr əmlak vergisi yığa bilmir"

"Evlər qeydiyyatda olmadığı üçün bələdiyyələr əmlak vergisi yığa bilmir"
Xəbər Şəkli
30 September 2026, 12:01
Sosial

Bu gün evlər qeydiyyatda olmadığı üçün bələdiyyəyə verilməli olan əmlak vergisi ödənilmir.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, bu gün bələdiyyələr həmin evlərdən vergi yığa bilmir: “Bu, müvafiq qanunlarda əksini tapmalıdır. Bələdiyyələr fiziki və hüquqi şəxslərdən eyni vergini alır, bu dəyişməlidir. 27 il keçməsinə baxmayaraq, bələdiyyələrin xəritələri hələ də verilməyib. Biz Nazirlər Kabineti qarşısında dəfələrlə məsələ qaldırsaq da, 27 ildir bələdiyyələrin mülkiyyətinin xəritəsi təqdim edilməyib. Bir sıra məsələlər var ki, bunlar bələdiyyələrin gələcək inkişafına şərait yaradacaq. Qanunvericilikdə bununla bağlı dəyişikliklərin qəbulu bələdiyyələrin inkişafına yeni təkan verər”./APA