Böyük Britaniyanın müdafiə naziri lord Vernon Koaker və 18 Britaniya şirkətinin nümayəndələri VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2026) iştirak edir.
Bu barədə Böyük Britaniyanın Bakıdakı səfiri Dankan Norman "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"İlk dəfə olaraq Böyük Britaniyanın müdafiə naziri Vernon Koaker və Britaniyanın 18 şirkətinin nümayəndələri ADEX sərgisində iştirak edirlər. Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Elin Süleymanovu görmək də xoş oldu. Sərgimizi ziyarət edərək Böyük Britaniyanın təklif etdiyi dünya səviyyəli müdafiə təcrübəsi, innovasiya və imkanlarla tanış ola bilərsiz", - D.Norman qeyd edib.