Xəbər verdiyimiz kimi, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, o, 2024-cü ildə Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, O. Muradov 1983-cü il avqustun 5-də Babək rayon Nehrəm kəndində anadan olub.
2004-cü ildə Naxçıvan Dövlət Unversitetinin Tarix istiqamətinin tarix ixtisasını bitirib.
2002-ci ildə əmək fəaliyyətinə Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunaraq başlayıb.
2014-cü ildə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb.
2016-2018-ci illərdə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsini icra edib.
2023-cü il sentyabrın 12-dən 2023-cü il oktyabrın 16-dək ona Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra etmək həvalə edilib./Ölkə.az