Sosial şəbəkədə biz:

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir
Xəbər Şəkli
02 October 2026, 08:19
Siyasət

Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəkləyir və layihəni perspektivli hesab edir.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

Putin marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçməli olduğunu qeyd edib.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevlə təmasdayıq, heç bir problem yoxdur. Bakı bu layihənin reallaşdırılmasına razıdır və onu perspektivli hesab edir”, – Rusiya Prezidenti vurğulayıb.