Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə prezident bildirib:
“Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir” .
Görüşdəki bu və digər fikirlərin, diskusiyaların əhəmiyyətini bilmək üçün yazıçı-şair, teleaparıcı Həmid Herisçi “Yeni Sabah”a müsahibə verib.
- Həmid bəy, müasir, çağdaş mədəni həyaıtımız, ədəbiyyatımız üçün bu görüşün əhəmiyyəti nədir sizcə?
- Cənab prezident İlham Əliyevin bu siyahısında altı Azərbaycan dahisinin, dühasının adı çəkilib. Bu ölməzlərdən beşi, şairdi. Niyə? Çünkü Azərbaycan mədəniyyəti “Şairmərkəzli” sxem üzərində qurulub. Mərkəzi nöqtə, şairdi.
- Qəşəng müşahidədir.
- “Şairmərkəzli” bu mədəniyyət modeli ətrafında bəzi detalları xırdalama ciddi ehtiyac yaranıb.
- Nədir bu vacib detallar?
- Yaxşı, niyə indi bu mədəniyyətin orta nöqtəsində şair gözə dəymir. Niyə? Məncə, mədəniyyətimiz, cəmiyyətimiz müstəqillik dövründə “Şairlərdən ayrılmaq, müstəqil olmaq” istədi elə bil. Acı nəticə, göz önündədir. Biz, mədəniyyətimizin bu orta nöqtəsini itirincə, MƏRKƏZİ itirdik. ƏTRAF, ƏTRAFDAKILAR bu boşluqdan istifadə edib mədəniyyətimizi ciddi çöküşə uğratdılar.
- Hərbi sahədə, siyasi quruculuqda, diplomatik meydanlarda zəfər bayraqlarımız yanyana düzüldüyü bir vaxtda, yaxşı, niyə mədəni sahədə oxşar zəfərləri görmürük?
- Günah, dediyimiz o mərkəzi nöqtəni tərk etmiş şairdədir. Nasirlərə, naşirlərə, nəsrə, publisistikaya, jurnalistlərə, TV-lərə, teleaparıcılara, kəmsavad bloqqerlərə, qısası, həvəskarlara, bax bu “tezbazar yazar” kütləsinə deyəsən meydanı verməməliydik. Şairsiz qalan, ancaq şeiri sevən xalqımız, həvəskar meyxanaçılara, repçilərə, jurnaslistlərə meyilləndi. Poeziyamız, keçmişdə, retro mövzularda ilişib qalıb. Əyalət nəfəslidir. Hələ də kəndçidir. Şəhərli deyil. Urbanistik yox...üzr istəyirəm, çurbanistikdir.
- Poeziya, deyirsiz digər vacib sahələrdən fərli olaraq müasirləşə bilmədi? Poeziya dilinə tərcümə edə bilmədi müstəqillik dövrümüzü?
- Məncə Fizuli öz dilində yazib. Hüseyn Cavid də. Hadi də. Səməd də o cümlədən. O xətti sonra Bayatli Odər, Çingiz Əlioğlu davam etdirdi. Vaqif Səmədoğlu " Bir axsam taksidən düsdüm payiza" şedevrini də öz dilində yazıb, nəinki adi dilimizdə. Müşfiq hissiyatla yazıb, Azərbaycanca yox. Fridrex Nitşe, Artur Rembo da öz milli dillərində yazmayıblar. Vladimir Mayakovski də rusca yazmayib bir misra da olsun belə.
Nitşenin " Zərdüşt belə deyirdi" şedevri təpədəndirnaga söz yaradıcılıgıdir ilk növbədə. Volfhanq Hote ölməz " Faust" unu Faustun dilində kagız üzərinə köcürub. Əsər, almanca deyil. O vaxtdan alman ədəbiyyati, almanlar keciblər Hötenin dilinə.
Zəif şairlər həmışə milli dildə yazarlar. Güclülər, həqiqətən şairlər isə məhz öz dillərində. Müasirlərimizdən misal üçün Şəhriya Del Qerani, məncə öz dilində yazanlardandı. Səlim də. Rasim Qaraca da. Əliaga Vahid və davamçılari isə əruzca şeir deyiblər. Nizami, Xaqani də heç farsca yox, məhz Nizamicə, Xaqanicə yazıblar daha çox.
Vaxtiylə, Ramiz Rövşən “Özünə qayıdar, nə var özünə, gözümə qayıdır göz yaşlarım da” yazanda, üzr istəyirəm, azərbaycanca yox...yox...məhz öz dilində qələm oynadırdı. Sonra keçdi adi, tanış, kütləvi azərbaycancaya. Çoxları da Ramizin bax bu səhvini təkrarladılar. Poeziya rusca, azərbaycanca olmur. O, hər şairdən öz QUŞ DİLİ-ni tələb edir.
- Aqşinin “Sizin eradan əvvəl” ifadəsi, “öz dilindədi? Aqşin Evrən, Qismət Rüstəmovda da belə misallar az deyil.
- Öz dillərində yox...əsl SÖZ DİLİ”ndədir deyərdim.
- Tənəzzülün, bir səbəbini, yazarların adi dildə yazmağında görürsüz? Eləmi.
- Bəli. İlk növbədə. Başqa səbəblər də var. Seir ilk novbədə ABSURD-dur.
Absurd janrindadir. Biz önu adi məntiqə gətirmək istədik. Bədii mətndə, kino ssenaridə "rasional zərrəni" yox, " İrrasional zərrəni", Absurdu tapdınsa, hə...film, ssenari, şeir artiq hazırdı.
- RASİONAL ZƏRRƏ-yə əludə olduq kinossenarilərdə, nəsrdı? İrrasional zərrəni unutduq?
- Həm də intertekstuallığı gətirmədik ədəbiyyata. Öz məhəlli, eqoistik süjetlərimizə, özümüzə, öz ölçülərimizə ilişdik. Nəticədə yazılı ədəbiyyat neofolklora çevrildi. Təbligata uyduq. Həm jurnalistikada, həm TV-lərdə. Təbligat isə, unutmayaq, əksnəticələrlə bitir həmişə.
- İntertekstuallıq haqda azca geniş izah verə bilərsinizmi?
- Maarifçi, razılaşın, Qərb, latın Amerikası ədəbiyyatından tərcümələriylə meydan sulamamalıdır. İlk növbədə bu mətnləri öz əsərlərinə hopdurmagı bacarmalıdır. Nümunə kimi üçün Anarın “Otel otağı” götürək. Bu əsər sonuna qədər digər bir yazarın-Alman klassiki Tomas Mannın “Venetsiyada ölüm” romanı ilə DİALOQ üəzərində qurulub. Əsərlər güzgü affektlidir.
Buna İNTERTEKSTUALLIQ deyirlər.
Janrın müəllifi bolqar əsilli Fransa strukturalisti Yulia Kristevadır ( 1960- cı illər, Semeiotike: recherches pour une sémanalyse, Paris, 1969)
Böyük şairlər, nasirlər ilk növbədə məhz intertekstualdırlar.
Digər nümunələri, bağışlayın, yaradıcılığımdan gətirməyə məcburam. Cunki digər Azərbaycan yazarlarında "intertekstuallıq" plintus səviyyəsindən də aşağıdadır. Yəni, burda mən Eqomu qabartmaq fikrində deyiləm. Keçək müqayisələrə:
1. “Həminquey-Həmidquey”,
“Sekond hand” şeirlərimdə Ernest Hemenquey mətnləri, mövzuları ilə intertekstual dialoq var.
2. “Vamp qadın” şerində növbəti intertekstual diloq məşhur "Uzaq sahillərdə" filminin süjeti, tanış mem ifadələri üzərindədir.
3. “Qorxulu nağıllar-Demo versiya” şeirimdə, "Qırmızı papaq qız və canavar" nağılı ilə intertekstual əlaqə telləri qurulub.
4. "Öpüşmək təhlükəlidr" şeirində alt qatda "Onu bağışlamaq olarmı" filminin mətni, süjeti yatır. Yəni bu əsər də sırf intertekstual estetikadadır.
5. "Xudafərin" şeirim, rejissor Stiven Spilberqin "Casus körpüsü" filmiylə intertekstual nigahdadır.
6. "Perseyin papagı" hekayəmdə məşhur ingilis casus romanıyla-Con Le Karrenin "Soyuqdan gəlmiş casus" romanı ilə intertekstual söhbət gedir.
7. “Fələk qırmancı" hekayəmdə bu bədii mətn, çox təbii şəkildə Aleksandr Dümanın "Uç muşketyor" romanindakı məlum cümlələrlə birləşir.
8. Anara həsr etdiyim "İkar" şeirim də intertekstualdı. İkar əfsanəsinin bostanına, süjetinə daş atır.
9. "NƏnəmin Cəbiş müəllimi" mənsur şerimdə növbəti intertekstuallıq, "Bizim Cəbiş müəllim"filmi, Frankinşteyn əfsanəsi ilə təmin edilir.
10. "Təpəgöz" şerin intertekstual meydançaşı, məşhur Təpəgöz əfsanəsi üstündə qurulub. Əfsanəni, müasurləşdirir. Qədimlik maneəsini aradan qaldırır.
11. "Bizim İsa" şeirimdə dialoqum Vatikanla, müqəddəs İncillədir.
12. "Divar Filosofu" şeirində öz müasirlərimizlə, Rasim Qaraca ilə intertekstual dialoqdayam.
13. "Hər şey gözəldi bu həyatda" şerimdə Akif İslamzadə ilə intelektual yox...intertekstual dialoq mövcuddu.
Kifayətdi. Siyahını day uzatmiram.
Nəticəm:
Beləliklə yazarın işi, xarici müəlliflərin adını sadalamaq deyil.
Bu yazarlar haqda əlçatmaz intelektual məqalələr yazmaq da deyil əsla.
İlk növbədə bu yazarların mətnləri, süjetləri ilə intertekstual dekonstruksiyalar yaratmaq istedadıdır.
Ulucay Akif in"Gözlənilən qətli tarixçəsi" hakayəsində bu vacib ədəbi meyara tam əməl edilsə də, təcrübə hələ də yazıçılarımız arasında öz müəllif həllini tapmamaqdadır.
Əlbətdə xalq yazari Kamal Abdulla bu siyahida istisnadır. Klassiklrimiz Nizami, Xaqani ilk növbədə intertekstualist olublar. Hüseyn Cavid, Əliağa Vahid də o cümlədən.
Beləliklə xariic yazarlardan danışmaq, işin ancaq mısmısıdır.
Mustafa, bədii mətnlərin intertekstual dialoqunda dirilir.
- Şair, sizcə, ilk növbədə öz ana dilini, milli süjetləri dekonstruksiya etməlidir? İntertekstullıq olmasa, həqiqi bədii mətn yaranmayacaq deyirsiz?
- Əlbəttə. Sözsüz. Ədəbi süjetlərin sonunu dəyişmək istedadın varsa, yazıçısan. Redaktələrlə kifayətləndinsə, ssenarist.
- Prezident İlham Əliyevin mədəniyyətimiz haqda dediyi son fikirlər sizcə mədəni həyatımıza canlanma gətirəcəkmi?
- Əlbəttə. Azərbaycan həyatı, prezident idarə üsulu üzərində qurulub. Prezidentin mövqeyi, bizdə həlledici təkan məzmunludur.
Tarix öz salnəməsini heç vaxt özü yazmır axı. Əlləri, barmaqları həmişə daha ciddi işlərlə, siqnal işarələri ilə məşğuldu.
Qələm, bütün kəsici alətlər, cəbbəxanalar, rəssam fırçası, direkor çubuğu, Trotskii nümunəsində-buz baltası,- hətta tabutunu yonacacaq rəndə belə, düşmən əlindədir həmişə.
Arxivlər, yaddaş dəftərin, atanın fotoalbomu olmasa..
Şairlər olmasa.
Qoy “şairmərkəzli mədəniyyətimiz” o qələmi nəhayət ki, düşmən əlindən qopardıb öz barmaqlarımıza etibar etsin.
İşarəni dənizdən, özünüzdən, prezidentimizdən gözləyin.
Prezidentin, Birinci xanımla, Şamaxıda, Nısimi heykəli üzərində yox... ürəyində şəkil çəkdirməsi də, bayaq dediyim o "Şair mərkəzli" xalqa, poeziyamıza ötürülmüş modern performans, avanqard mesajdır.