Sosial şəbəkədə biz:

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub - FOTO

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub - FOTO
Xəbər Şəkli
27 October 2026, 13:32
Kriminal

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur.

"Ucar Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin Farmokonəzarət sektoru və aptek bölməsinin müdiri Qüdrət Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bölmə müdiri 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkən kimi TƏBİB tanınıb.